Moldova bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Moldova bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev ölkənin baş naziri Vladimir Filat ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı Moldova ilə Azərbaycan arasındakı münasibətlərin və beynəlxalq çərçivədə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Moldovanın baş naziri ölkəsinin bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Azərbaycanın da Dnestryanı münaqişədə Moldovanın ərazi bütövlüyünü dəstəklədiyindən məmnunluq ifadə edib.

V.Filat ölkəsinin energetika sahəsində Azərbaycan ilə əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib: "Xəzərin enerji resurslarının Avropaya nəqli ilə bağlı qəbul ediləcək beynəlxalq layihələrdə Moldova da iştirak etmək istəyir. İki ölkə arasında bütün sahələrdə, xüsusən də iqtisadi sahədə yeni əlaqələrin qurulması vacibdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən "Şərq tərəfdaşlığı" çərçivəsində də əlaqələrin inkişaf etdirilməsi vacibdir".

N.Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin davamı olaraq ikitərəfli münasibətlərin yüksək səviyyədə həyata keçirilməsinə çalışacağını bildirib: "Azərbaycan Moldova iqtisadiyyatına investisiya qoymaq imkanına malikdir. Bu cür layihələr Gürcüstan, Ukrayna və Rumıniyada həyata keçirilib. Ölkələrimiz arasında əməkdaşlığın GUAM çərçivəsində yeni mərhələyə keçməsi vacibdir. Ölkəmiz həm siyasi, həm də iqtisadi cəhətdən Moldovanı dəstəkləmək imkanına malikdir".

Sonda, Namiq Əliyev Moldova hökumətinin ölkəmizin ərazi bütövlüyünü beynəlxalq səviyyədə hər zaman dəstəklədiyinə görə baş nazirə minnətdarlığını bildirib. Bununla yanaşı Azərbaycanın da Dnestryanı münaqişədə Moldovanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня