Filip Qordon: ““Dondurulmuş” münaqişələr təhlükəsizliyə son qoya bilən, dağıdıcı potensiala malik faktordur” - AÇIQLAMA
ATƏT-in postsovet məkanındakı \"dondurulmuş\" münaqişələrin nizamlanmasında bilavasitə rol oynamalıdır. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyasında keçirilən dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Filip Qordon çıxışı zamanı deyib.
Onun sözlərinə görə, "dondurulmuş" münaqişələr təhlükəsizliyə son qoya bilən, dağıdıcı potensiala malik faktordur: "ABŞ-ın nöqteyi-nəzərinə görə, bu münaqişələrin həlli ATƏT və onun iştirakçı dövlətləri üçün prioritet təşkil etməlidir".
ABŞ-ın ATƏT-lə bağlı siyasətinə dair tədbirdə şıxış edən dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Maykl Posner: "Carı ilin iyunun 24-də baş tutmuş Kazan danışıqlarında irəliləyişə nail olmaq cəhdləri uğursuzluqla nəticələnib. Ölkələr arasındakı təmas xəttində isə gərginlik artmaqdadır".
Qeyd edək ki, tədbirdə həmçinin Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Aleksandr Verşbou də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB