YAP Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Rumıniyanın hakim Liberal Demokrat Partiyası Gənclər Birliyinin nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Azərbaycan haqqında daha dolğun məlumatlar əldə etdiklərini bildirdilər.
Ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində həmin dövlətlərin hakim partiyalarının rolu inkaredilməzdir. Beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Yeni Azərbaycan Partiyası mütəmadi olaraq bu və ya digər dövlətlərin hakim partiyalarının dəvəti ilə həmin ölkələrdə olur, yaxud da partiyanın dəvəti ilə Azərbaycana səfərləri gerçəkləşir. YAP-ın Gənclər Birliyi də hər zaman beynəlxalq əlaqələrin inkişafına maraq göstərir. Bu əlaqələr çərçivəsində YAP Gənclər Birliyi təcrübə mübadiləsi, ikitərəfli görüşlər, səfərlər həyata keçirir və münasibətlərin inkşafı üçün ciddi səylər göstərir.
Məlum olduğu kimi, YAP Gənclər Birliyinin dəvəti ilə Rumıniyanın hakim Liberal Demokrat Partiyası Gənclər Birliyinin nümayəndə heyəti iyulun 22-dən ölkəmizdə səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Qəbələ, Oğuz, Şəki rayonlarına səfər edərək, region gəncləri ilə təmas yaradıblar. Xarici ölkə gənclərinin ölkəmizin tarixi yerlərinə səfərlərinin təşkili öz növbəsində onların ölkəmiz haqqında daha dolğun məlumatların əldə olunmasına böyük imkanlar açır.
Qeyd edək ki, bu ilin iyun ayında Rumıniyanın hakim Liberal Demokrat Partiyasının dəvəti ilə YAP Gənclər Birliyinin nümayəndə heyəti bu ölkədə səfərdə olub, siyasi rəsmlərlə görüş keçirib, bölgənin tarixi əhəmiyyət kəsb edən məntəqələrini ziyarət edib.
Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın Liberal Demokrat Partiyası arasında sıx dostluq münasibətləri mövcuddur. Belə ki, bu ilin fevral ayında YAP sədrinin müavini, icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olub, Liberal Demokrat Partiyası ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalayıb. Əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin təsdiqi kimi Liberal Demokrat Partiyası Gənclər Birliyinin nümayəndə heyətindən öncə Rumıniyanın paytaxtı Buxarest şəhərinin ikinci sektorunun meri Nekulay Ontsanunun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfərini qeyd edə bilərik. Səfər çərçivəsində ölkələrimiz arasında əlaqələrin daha da inkişafına xidmət edəcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb, görüşlər keçirilib.
Ruminiyanın hakim Liberal Demokrat Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti Milli Məclisdə olub. Parlamentlə tanışlıq zamanı qonaqlara Azərbaycanda demokratik şəraitdə keçirilən parlament seçkiləri barədə geniş məlumat verilib. Qeyd edilib ki, demokratik prinsiplərə hörmətlə yanaşan Azərbaycan bunu hər addımında sübuta yetirir. Seçki qanunvericiliyinin ildən-ilə təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması ölkədə keçirilən seçki proseslərində özünü qabarıq şəkildə nümayiş etdirir. Seçicilərin seçki hüququndan yüksək səviyyədə istifadə edərək istədikləri namizədə dəstək olmaları yaradılan demokratik şəraitin göstəricisidir. Azərbaycan parlamentində 125 deputatın təmsil olunduğu qonaqların diqqətinə çatdırılıb.
Nümayəndə heyətinin üzvləri iclas zalı ilə tanış olublar. Burda yaradılan şərait barədə qonaqlara ətraflı məlumat verilib. Deputatların gündəlikdə duran məsələlər barədə necə məlumat əldə etdikləri, səsvermənin necə həyata keçirildiyi ətraflı şəkildə qonaqlara çatdırılıb.
Bildirilib ki, Milli Məclisin binası 2006-cı ildə tam təmirdən çıxıb. Dünya standartlarına cavab verən texnologiyalarla təchiz edilib. İclasın gedişini izləmək üçün mətbuat nümayəndələrinə yaradılan şəraitdən də bəhs olunub.
Sonra qonaqlar \"Heydər Əliyev xatirə zalı\"nda olublar. Burda əks olunan foto şəkillər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə qonaqlarda aydın təsəvvür yaradıb. Qonaqlara məlumat verilib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
O da bildirilib ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Həmin ilin oktyabrında ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Xatirə zalında əksini tapan foto şəkillərdən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri aydın şəkildə özünü göstərir. Qonaqlar daha şəxsiyyət haqqında dolğun məlumatlar əldə etmələrindən böyük sevinc hissi keçiriblər. Xüsusilə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası, \"Əsrin müqaviləsi\"nin imzalanması barədə məlmatlar rumıniyalı gənclərdə böyük maraq doğurub.
Sonra parlamentin görüş zalı ilə tanışlıq olub. Bildirilib ki, Milli Məclisin sədri rəsmi qonaqlarla görüşlərini məhz bu zalda keçirir. Eyni zamanda parlamentin komitə iclasları da bu zalda təşkil olunur.
Milli Məclislə tanışlıqdan böyük məmnunluq hissi nümayəndə heyətinin üzvlərinin açıqlamalarından da aydın olub.
Andrey Florea - Rumıniyanın Liberal Demokrat Partiyası Gənclər Birliyinin nümayəndə heyətinin rəhbəri:
- Biz bu gün xoş təəssüratlarla burdayıq. Təbii ki, bizim də çox yaxşı parlamentimiz var. Amma Azərbaycan parlamentinin binası çox gözəldir. Həm iclas zalı, həm burada istifadə olunan ən yüksək texnologiyalar xüsusi diqqətimizi çəkdi. Bu gözəllikdən əlavə, düşünürük ki, burda təmsil olunan deputatlar eyni zamanda ölkədə insanların rifahı, qanunun aliliyi üçün çalışırlar. Burda səs verən bütün deputatlara uğurlar arzulayıram. Əminəm ki, onlar ölkələrinin daha da möhkəmlənməsi, qüdrətlənməsi, insanların sosial rifah halının yaxşılaşması üçün yeni-yeni qanunların qəbulu istiqamətində daha böyük səylər göstərəcəklər.
Ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində partiyaların rolu böyükdür. Biz YAP Gənclər Birliyinin dəvəti ilə Azərbaycandayıq. Bundan çox məmnunuq. Eyni zamanda Rumıniyanın hakim Liberal Demokrat Partiyasının Gənclər Birliyi olaraq, YAP Gənclər Birliyini bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Xalq Partiyasının Gənclər Təşkilatında da dəstəkləyirik. Bu dəstəyi digər təşkilatlarda da göstərməyə çalışacağıq. Təbii ki, bu, bizim qardaşlıq borcumuzdur. Harda Azərbaycan, Rumıniya olacaq bu dəstək davamlı olacaq.
Andrada Dinu- Nümayəndə heyətinin üzvü:
- Çox sevinirəm ki, Azərbaycandayam. Rumıniya parlamentinin senatında müşavir vəzifəsində çalışıram. Ona görə də Azərbaycan parlamenti mənə çox əziz gəldi. Çünki gündəlik parlamentdə oluram. Çox ölkələrin parlamentində olmuşam. Sizin parlamentiniz çox müasirdir. Rumın xalqı Azərbaycan xalqının yaxın dostudur. Ölkələrimizin dövlət başçıları çox yaxın dostdurlar. Ölkə Prezidentlərinin bu dostluq münasibətlərinə söykənərək, biz gənclər təşkilatları öz aramızda əməkdaşlıq əlaqələrini ən yüksək səviyyəyə çatdırmaq istəyirik. Çünki buna hər iki tərəfdən dəstəyimiz var. Bu əlaqələrin inkaşfına dəstək olaraq YAP Gənclər Birliyinin 10 nəfərdən ibarət nümayəndə heyətini Rumıniyaya dəvət etdik. Bu gün də biz 10 nəfərlik nümayəndə heyəti ilə Azərbaycandayıq.
Səfərdən çox məmnunam. Azərbaycanlı həmkarlarımız bizi çox yüksək səviyyədə qarşıladılar. Qısa zamanda yenə də Azərbaycanda olmaq istərdik.
YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov:
- Rumıniya ilə Azərbaycan arasında mövcud münasibətlər ölkə Prezidentlərinin uğurlu siyasəti nəticəsində hər bir sahədə inkişaf etməkdədir. Bu həm hökumətlərarası, həm də parlamentlərarası münasibətlərdə öz əksini tapmışdır. YAP Gənclər Birliyi də bu prosesdən kənarda qala bilməz. Yeni Azərbaycan Partiyası rəhbərliyinin təşəbbüsü ilə Rumıniyanın hakim partiyası olan Liberal Demokrat Partiyası Gənclər Birliyi ilə sıx əlaqəlar qurmağa başlamışıq. Artıq YAP Gənclər Birliyinin numayəndə heyəti iyun ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində və digər şəhərlərdə olmuşdur. Orda hakim partiyanın müxtəlif rayon təşkilatları ilə görüşlər keçirərək, gələcək fəaliyyətin inkişafına dair geniş fikir mübadiləsi aparmışdılar. Bu həm Rumıniya-Azərbaycan gəncləri, həm də hakim partiyalar arasındakı münasibətlərin genişlənməsinə öz töhfəsini verəcəkdir. Digər tərəfdən Rumıniya-Azərbaycan gənclərinin münasibətinin inkişafı həm də beynəlxalq arenada bir mövqedən çıxış edib, bir-birimizə dəstək olmaq zərurəti yaratmaqdadır. Bu yaxınlarda YAP Gənclər Birliyinin nümayəndə heyəti ilk dəfə Avstriyanın Vyana şəhərində Avropa Demokrat Tələbələr Təşkilatında oldu. Burada Rumıniyanın hakim partiyası olan Liberal Demokrat Partiyasının nümayəndələri ilə görüşlər keçirilmişdir. Qeyd edək ki, Avropa Demokrat Tələbələr Təşkilatı Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasının Gənclər Təşkilatıdır. Ruminiyalı gənclərlə keçirilən həmin görüşdə gələcəkdə eyni mövqedən çıxış etmək barədə ilkin razılıq əldə olunmuşdur. Birgə mövqedən çıxış etmək həm ikitərəfli münasibətlərin inkşafı, həm də Azərbaycan həqiqətlərinin Rumıniyada təbliğ olunması, eyni zamanda Rumıniya kimi Şərqi Avropada önəmli strateji ölkənin Azərbaycanda tanıdılması nöqteyi-nəzərdən əhəmiyyətlidir. Qarşılıqlı səfərlərin müsbət nəticəsini yaxın zamanlarda həm münasibətlərin inkşafında, həm də YAP Gənclər Birliyinin fəaliyyətində aydın şəkildə görəcəyik.
Rumıniya nümayəndə heyətinin üzvü olan gənclər ilk dəfə ölkəmizə səfər edirlər. Bundan öncə Rumıniya rəsmilərinin, müxtəlif qurumları təmsil edən nümayəndələrin Azərbaycana səfərləri olub. Gənclər bunlar haqqında müəyyən məlumata malik idilər. Azərbaycan dövləti, ölkəmizin Rumıniyadakı səfirliyi həqiqətlərimizin bu ölkədə təbliği istiqamətində mühüm işlər görməkdədirlər. Amma gənc müəyyən ölkə haqqında informasiya əldə etmək üçün mütləq səfər etməlidir. Qonaqlar artıq Heydər Əliyev Hava Limanından şəhərə doğru istiqamət aldığımız zamandan Azərbaycan haqqında bildiklərinin nə qədər az olduğunu hiss etdilər. Təkcə Bakı şəhərində deyil, Şəki, Qəbələ, Oğuz rayonlarında oldular. Həm Azərbaycanın tarixi abidələri, həm təbiəti, həm də qonaqpərvərliyi və mədəniyyəti barədə dolğun məlumat əldə etmək imkanı qazandılar. Onlarla apardığımız söhbət əsasında belə qəaətə gəlirik ki, Azərbaycanda olduqları zaman ölkəmiz haqqında zəngin məlumat bazası toplamışdılar. Həm də Azərbaycanı sadəcə olaraq coğrafi məkan baxımından Asiya ilə Avropa arasında yerləşən ölkə kimi yox, tam Avropa, bugünkü sivil dünyaya layiq olan bir dövlət kimi tanıdılar. Güman edirəm ki, bundan sonra Azərbaycanı tanımayan, Azərbaycan haqqında az informasiyaya malik olan gənclər ölkəmizdə səfərdə olan gənclərin apardığı təbliğat əsasında ölkəmiz barədə zəngin informasiya ələ etmiş olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



