Aida İmanquliyevanın Ukrayna dilinə təcümə edilmiş kitabının təqdimetmə mərasimi keçirilib - FOTOSESSİYA

Aida İmanquliyevanın Ukrayna dilinə təcümə edilmiş kitabının təqdimetmə mərasimi keçirilib - FOTOSESSİYA

Kiyev şəhərində Azərbaycanın görkəmli elm xadimi Aida İmanquliyevanın Ukrayna dilinə təcümə edilmiş kitabının təqdimetmə mərasimi keçirilib. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, təqdimetmə mərasimi "Yazıçılar Evi"ndə keçirilib.

Tədbirdə Azərbaycan ziyalıları ilə yanaşı Ukraynanın bir çox alimi, aparıcı universitetlərinin professorları iştirak ediblər. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfirinin təşəbbüsü və dəstəyi ilə Ukrayna dilinə tərcümə olunan kitabın redaktoru da məhz səfir Eynulla Mədətlidir. Kitabın tərcüməçisi isə gənc azərbaycanlı xanım Gültən Hüseynzadə Qafqazlıdır.

Professor Aida İmanquliyevanın kitabının təqdimat mərasimini giriş sözü ilə səfirliyin işçisi Yeganə Qafqazlı açaraq qonaqları salamlayıb və A.İmanquliyeva haqqında qısa məlumat verib.

Sonra söz türkoloq-alim Yuri Nikolayeviç Koçubeke verilib. Y.N.Koçubek azərbaycanlı xanımın ərəb dilindən tərcümə etdiyi əsərlərin mahiyyətindən danışaraq öz dövrü üçün bu işlərin heç də asan olmadığını vurğulayıb.

Daha sonra söz Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri professor Eynulla Mədətliyə verilib. Səfir əvvəlcə ərəb dilində yazılan əsərlərə aydınlıq gətirərək əvvəllər Azərbaycanın Ərəb Xilafətinin əsarəti altında olduğunu vurğulayıb. \"Azərbaycan uzun illər Ərəb Xilafətinin əsarəti altında olub. Odur ki, bu dildə dərslərdə keçirilib. Dövrünün yaxşı təhsil ocağı olan "Nezamiyyə Mədrəsəsi" İraqda olmasına baxmayaraq bir çox azərbaycanlı orada təhsil alıb. Əlbəttə həmin azərbaycanlılar ərəb dilində yazıb-yaratdılar. Səlcüqlar dövründə isə Azərbaycanda Türk dilində yazılar yazılmağa başlanıb. Bu zaman ərəb dili tədricən sıradan çıxmağa başlayıb. Səfəvilər dövründə isə Azərbaycan dili və ədəbiyyatı yazılmağa başlayıb.

Çar Rusiyası Qafqazı işğal etdikdən sonra isə bir çox ədiblərimiz rus dilini yaxşı bildiyinə görə, Rusiyaya xidmət etməyə çağrıldılar. M.F.Axundov, A.A.Bakıxanov kimi ədiblərimizdən ruslar məharətlə istifadə edirdilər. Bizim bir çox ziyalılarımız rus ali məktəblərinə dərs deməyə də aparıldılar. Bilirsinizmi, Ərəb ədəbiyyatı Azərbaycana akademik Ziya Bünyadovu, Vasim Məmmədəliyevi və o dövrdə yenicə addımlarını atan Aida İmanquliyevanı yetişməsinə şərait yaratdı".

Daha sonra səfir A.İmanquliyevanın kitabının Ukrayna dilinə tərcümə olunmasını yaxşı hal olduğunu vurğulayaraq bu sahədə işlərin davam edəcəyini söyləyib.

Sonra söz ukraynalı yazar, türkoloq Koliminenko Qriqori İvanoviçə verilib. "Əgər A.İmanquliyeva bu gün yaşayıb-yaratsaydı onun titulları daha çox olardı. O vaxtlar çox çətin idi, məsələn bizdə türk dili qəti qadağan idi. Çin və azcada Ərəb dilinə yer verilirib. Aida xanım dövründə xeyli iş görüb. Mən bu gün Azərbaycan ədəbiyyatından Nizami Gəncəvi və M.Füzuli üzərində işləyirəm. Hesab edirəm ki, sizin səfirliyin dəstəyilə bu kitabları da çap edəcəyik".

Daha sonra söz Şevçenko Universitetinin müəllimi Arnaud Fidora İvanovnaya verilib. "Bilirsinizmi, mən xanım türkoloq kimi deyə bilərəm ki, Aida xanım çox talantlı adam olub. Təsəvvür edirsinizmi ərəb, türk, rus, ukrayın dilinidə az bilməyən bu xanım bir neçə dildə yazıb yaradırdı. Bu ilahidən verilən talantdır".

Sonra söz azərbaycanlı türkoloq Fərfad Turanlıya verilib. Çıxışını ukrayın dilində edən türkoloq Aida xanımın yaradıcılığından danışaraq kitabı tərcümə edənlərə minnətdarlığını bildirib. Tədbirdə kitabın tərcüməçisi Gültən Hüseynzadə Qafqazlı da Ukrayna dilində çıxış edərək müraciət etdiyi Aida xanımın yaradıcılığından danışıb. Tədbir Aida xanımın Ukrayna dilinə tərcümə edilmiş kitabının qonaqlara bağışlanması ilə yekunlaşıb.


Əlmaniz ƏLƏKBƏRLİ, Şərqi Avropa və Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə