Qabil Hüseynli: “Türkiyədən yüksək çinli şəxslərin Azərbaycana səfəri zamanı Ermənistanda kimlərinsə dizində titrətmə tutur” - MÜSAHİBƏ
Politoloq Qabil Hüseynlinin SİA-ya müsahibəsi
- Türkiyənin baş naziri Rəcəp Tayyip Erdoğannın Bakıya səfərini necə dəyərələndirirsiz?
- Səfərin çox pozitiv əhəmiyyəti var. Düşmənə mənfi təsir göstərir. Türkiyə regionun qüdrətli dövlətlərindən biridir. Bu nöqteyi nəzərdən Türkiyədən müxtəlif yüksək çinli şəxslərin Azərbaycana səfəri zamanı Ermənistanda kimlərinsə dizində titrətmə tutur. Lakin Türkiyənin Baş nazirinin bu səfəri tarixi səfər idi. Çünki, ikili münasibətlərdə çox böyük məsələlər həll edilə bildi. Söhbət həm enerji daşıyıcıların gələcək perspektivləri baxımından mübahisə doğuran məsələlərin sona çatdırılması, həm də Strateji Əməkdaşlığa dair imzalanan müqaviləyə dair işçi qrupunun yaradılması baxımından. Digər tərəfədən səfərin uğuru Dağlıq Qarabağ məsələsi ilə bağlı son zamanlar adının Minsk qrupunun sədrləri sırasında çəkilən Türkiyənin nəzəri cəhətdən bu mövqeyə sahiblənməsi üçün həmlələr etməsi ilə bağlıdır.
Öncə Strateji Əməkdaşlıq məsələsi Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlərdə yeni səhifə açdı və səfər zamanı bu münasibətləri sürətləndirən qərarlar qəbul etdilər. Enerji daşıyıcıları məsələsində xüsusilə qazın tranziti məsələsində çox ciddi razılaşmalar əldə edildi və demək olar ki, qazın Türkiyə ərazisindən tranziti ilə bağlı mübahisəli məsələlərin hamısı sona çatmış oldu. Bir viza məsələsində Azərbaycan tərəfi müəyyən qədər vaxt istədi və Türkiyə tərəfinə də verilən izahatlar onu qane etdi. Müzakirə edilən məsələlərin hamısı iki dövlət arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaq məqsədi güdürdü. Bu nəticələrə də nail olundu. Və bu nöqteyi nəzərdən həmin səfər tarixi səfər adlandırıla bilər. Bundan sonra biz ATƏT-in Minsk qrupunun bir üzvünün bu qurumun həmsədrliyinə iddiaçı dövlətlərdən biri kimi təqdim etməyə başlayacayıq. Eyni zamanda yəqin ki, Azərbaycan ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi və yaxud genişləndirilməsi məsələsi gündəmə gəldikdə bu zaman Türkiyənin üzərində daha əminliklə dayana biləcək.
- Azərbaycan dövləti gələcək nəsillərə sülhü aşıladığı zaman Ermənistan prezidentinin sonuncu bəyanatını necə dəyərləndirirsiniz?
- Erdoğan bu məsələyə münasibətində bu bəyanatı diplomata yaraşmayan bir hərəkət kimi qiymətləndirdi. Bizim ölkənin prezidenti onu tanıyan adam kimi onun ruhu, psixoloji vəziyyətini ümumiyyətlə erməni xalqının beynindəki fikirləri nəzərdə tutaraq onların xülyalar aləmində olduqlarını qeyd etdi. Bu sarıdan ermənilərin daha dəqiq panoramını cızmış oldu. Sarkisyanın bu fikri doğurdanda siyasətçiyə yaraşmayan bir fikirdir. Bu qatı millətçilik zəhəri ilə zəhərlənmiş, şüuru, dünya görüşü qatı millətçilik zəhərinin təsiri altında olan bir adamın çağırışına bənzəyir. Bu fikir məsuliyyətsizlikdir. Bu bəyanat eyni zamanda ermənilər haqqında göz yaşı tökənlərə, ermənilərin məşəqqətlər, əzablar görən bir millət kimi təqdim etmək istəyənlərə bir mesaj olmalıdır. Sarkisyan dirsəyə qədər qana batanan bir adam kimi fəxr edir və bundan əlavə gələcək nəsillərin də üzərinə yeni soyqırımlar törətmək missiyasını qoyur. Dövlət başçıları belə hərəkət etmir. Tarixdə adı qalanlardan yalnız Hitler bu cür sərsəm ideyaların yayıcısı və təbliğatçısı kimi yadda qalıb. Amma digərləri ətraf aləmə yanaşması ilə öz töhvəsini verib. Beynəlxalq təşkilatlar bizi münaqişənin sülh yolu ilə həllinə çağırır. Başqa dövlətin torpaqlarının işğalı ilə fəxr edən, gəlcək nəsilləri terrora səsləyən insanla necə sülh danışığına getmək olar? Belə adamın başına yığılan "şayka" ilə sülh danışıqları aparmaq mümkündürmü? Bunu mümkünsüz hesab edirəm . Çünki konstruktiv düşüncədən mərhum olan adamlarla normal danışıqlar aparıb sülh əldə etmək mümkün deyil.
- Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qazax rayonu istiqamətində atəşkəsi pozması nəticəsində 24 yaşlı Qazax rayon sakini ağır yaralanıb. Bu təxribatlarla rəsmi İrəvan nə məqsəd güdür?
- Burada xalqa psixoloji təsir etmək elementləri var. Yəni hər iki tərəf bir-birini əzəməti, gücü və təxribatları ilə qorxudaraq çaşdırmağa çalışır. Bu istər müharibə dövründə, istərsə də müharibə şəraitində olan dövlətlər üçün xarakterik hadisədir. Amma digər tərəfdən ermənilər əgər yaşlı əhaliyə qarşı soyqırım törədirdisə hazırda bizim uşaqlara qarşı təxribatları çoxaltmağa başlayıblar. Məsələn, Ağdamda 9 yaşlı uşağın öz həyətində snayper gülləsi ilə vurulub öldürülməsini antihumanist hərəkət kimi dəyərləndirilməlidir. Bu əsil vəhşilik əməlidir. Mənə elə gəlir ki, ermənilər öz ulu babalarının vaxtı ilə törətdikləri əməllərə sadiqdirlər.
Bu erməni xislətinin ayrılmaz bir hissəsidir. İndi də həmin xislət onun törəmələrində də özünü göstərir. Yəni uşaqları qorxutmaqla analara təsir etmək. Bunun vasitəsi ilə bəlli mikro mühitə təsir etmək və bu həyacan hisslərini müəyyən regiona və cəmiyyətin daxilinə yeritmək istəyirlər. Bu nöqteyi nəzərdən dünyanın bu məsələyə soyuq münasibəti məni təəccübləndirir. Əgər bu hadisə Ermənistan da baş versəydi dünya ictimaiyyəti bundan danışardı və hadisə haqqında əfsanələr düzəlmişdi. Dünya mətbuatının müxbirləri axışıb həmin yerə gəlmişdilər. O, cümlədən BMT başda olmaqla beynəlxalq qurumlar fəryad edici bir bəyanatlar yaymışdılar. Amma cari il ərzində ermənilər iki uşağı öldürüb bir qadını yaralayıblar. Bunun müqabilində dünyadan gələn rezonans çox zəifdir və mən deyərdim ki, antihumanist bir dəyərləndirmədir. Onlar ermənilərə dur demək əvəzinə çox ehtiyatlı bəyanatlarla bir növ başlarını girələməyə kifayətlənirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB