Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2011-ci ilin ilk altı ayı ərzində bir sıra tədqiqat layihələri, mühüm səfərlər, dövlət əhəmiyyətli görüşlər və tədbirlər həyata keçirib.
SAM-dan SİA-ya verilən xəbərə görə, türk dilində yazılmış "Güney Kafkasiya. Toprak bütünlüyü, jeopolitik mücadeleler ve enerji" adlı kitab, Türkiyədə fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən təsis edilmiş və SAM-ın dəstəyi ilə nəşr olunmuş Caucasus International(ingilis dilində) rüblük jurnalın ilk sayı, "2011-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərin makroiqtisadi sabitlik, iqtisadi inkişaf və sosial rifaha təsirləri" adlı hesabat əsas elmi tədqiqatlar sırasında yer alıb. Bu siyahıya eləcə də Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələr tarixi kafedrası və Strateji Araşdırmalar Mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gəlmiş "Mayendorfdan Astanayadək: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri" adlı kitab daxildir ki, o, Cənubi Qafqazda problemlərin təhlili və münaqişədən sonrakı nizamlanmanın optimal modellərinin axtarışı üçün maraqlı bələdçidir.
6 ay ərzində SAM-ın əməkdaşları tərəfindən təhlil xarakterli materiallar hazırlanmış, eləcə də mətbuatda və elektron mediada 91 məqalə çap edilmiş və 16 müsahibə verilib. "SAM-ın şərhləri" məcmuəsinin üçüncü sayında SAM-ın direktor müavini Gülşən Paşayeva və "Turkish Policy Quarterly" jurnalının redaktoru Nigar Gökselin birgə hazırladıqları "Türkiyə, Rusiya və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarının qarşılıqlı təsiri" adlı məqalə dərc edilib. Həmçinin SAM-ın elmi işçisi Reşad Kərimov ABŞ-ın STRATFOR özəl elmi korporasiyasına ezamiyyəti zamanı bu təşkilat tərəfindən hazırlanan "Millətlərin möhkəmlənməsi: Qafqazın geosiyasəti" (A Crucible of Nations: The Geopolitics of the Caucasus) adlı kitabın məsləhətçisi olub.
Bu ilin altı ayı ərzində Türkiyə və Rusiyanın qabaqcıl beyin mərkəzləri ilə əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib.
2011-ci ilin birinci yarım illiyində SAM tərəfindən beynəlxalq və ölkə miqyasında tədbirlər keçirilmiş, xarici qonaqların Azərbaycana səfərləri təşkil edilmişdir. Belə ki, STRATFOR özəl elmi korporasiyanın icraçı direktoru Corc Fridman və "Rusiya Qlobal siyasətdə" jurnalının baş redaktoru F.Lukyanov ilə "Yaxın Şərqdə dəyişən güc balansı", Hayfa və Corc Vaşinqton universitetlərinin nümayəndə heyətlərinin iştirakı ilə "Barak Obama Administrasiyası və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi" mövzularında keçirilmiş tədbirləri, "Kiber və milli təhlükəsizlik. NATO siyasəti və milli baxış" mövzusundakı konfransı beynəlxalq səviyyəli tədbirlər sırasında xüsusi yer alıb.
Qeyd olunan müddət ərzində SAM tərəfindən milli səviyyədə də bir sıra maraqlı tədbirlər həyata keçirilib. Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birgə təşkil edilmiş "Qloballaşma, milli ideya və Azərbaycan" mövzusunda konfransı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilmiş silsilə ictimai müzakirələri misal gətirmək olar.
Hesabat dövründə SAM-ın dəvəti ilə ABŞ-ın Qlobal məsələlər üzrə Şurasının Liderlər missiyası və Truman Milli Təhlükəsizlik Layihəsinin nümayəndə heyətlərinin Azərbaycana səfəri baş tutmuş, onların SAM-da keçirilmiş görüş də daxil olmaqla ölkənin hökumət qurumlarının rəhbərləri və ekspertləri ilə görüşləri təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



