Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kadr dəyişikliyi olub
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kadr dəyişikliyi olub. Bunu SİA-ya açıqlamsında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinə yeni rəis təyin olunub.
M. Sadıqov Mirsaleh Seyidovun təyinatı barədə əmrin Penitensiar Xidmətin rəisi Mədət Quliyev tərəfindən 2 həftə əvvəl imzalandığını bildirib.
Qeyd edək ki, M. Seyidov indiyə kimi 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olub. Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini əvəz edir. 10 saylı Cəzaçəkmə Müəssisənin rəisi Fikrət İsmayılov isə bir müddət əvvəl təqaüdə göndərilib.
Xatırladaq ki, Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB