“Əl-Qaidə” ABŞ-da və Avropada bir neçə terror aktı həyata keçirməyi planlaşdırır

“Əl-Qaidə” ABŞ-da və Avropada bir neçə terror aktı həyata keçirməyi planlaşdırır

"Əl-Qaidə" terror qruplaşması ABŞ-da və Avropada terror aktları həyata keçirməyi planlaşdırır. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti tərəfindən milli terrorla mübarizə mərkəzinə direktor təyin edilən Metyu Olsen bildirib. O, qeyd edib ki, "Əl-Qaidə" və onunla bağlı qruplaşmalar ABŞ üçün daha böyük təhlükə mənbəyi olaraq qalmaqda davam edirlər: "Bununla onlar islam dünyasını ABŞ-a qarşı qaldırmağa cəhd edirlər. Belə bir ideologiyaya qarşı mübarizənin gücləndirilməsi millətimizin terrorla mübarizə strategiyasının ayrılmaz hissəsini təşkil edir".

Mərkəzin direktoru həmçinin bildirib ki, "Əl-Qaidə" ilə əlbir olan, Əfqanıstanda və Pakistanda yerləşən əsas terror yuvası olan qruplaşmalar Yaxın Şərqdə, Mərkəzi Afrikada və Asiyanın cənub-şərqində toplaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə