Türkiyənin baş naziri bu gün Azərbaycana gələcək

Türkiyənin baş naziri bu gün Azərbaycana gələcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan bu gün Azərbaycana rəsmi səfərə gəlir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, səfər zamanı Erdoğanın prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqları olacaq.

Danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Türkiyə baş nazirinin tanınmamış Şimali Kipr Türkiyə Respublikasına səfərini nəzərə almasaq, Azərbaycan onun təkrarən baş nazir seçilməsindən sonra səfər edəcəyi ilk xarici ölkə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə