Ombudsmanın əməkdaşları Quba və Xızı rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə Quba və Xızı rayon polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına (MST) başçəkmələr həyata keçiriblər.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırmış, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olmuş, hər hansı bir pozuntu aşkar edilməyib. MST-də saxlanılan şəxslərlə söhbət aparılmış, onlara hüquqları izah olunub.
Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Başçəkmə keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB