Argentina parlamentində Azərbaycan Milli Məclisi ilə dostluq qrupu yaradılıb
Argentina Respublikasının Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Argentina parlamentlərarası dostluq qrupu yaradılıb. Azərbaycanın Argentinadakı səfirliyindən SİA-ya verilən məlumata görə, Dostluq Qrupunun yaradılmasına dair qətnamə Deputatlar Palatasının sədri Eduardo Alfredo Fellner tərəfindən imzalanıb.
Tərkibi 6 nəfərdən ibarət olan dostluq qrupunun sədri parlamentdə \"Peronismo Federal\" siyasi blokunun üzvü Roberto Mario Mouillerondur.
Azərbaycan-Argentina Dostluq Qrupu iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafı, ümümilikdə iki ölkənin yaxınlaşması istiqamətində fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB