Azərbaycan Prezidenti Norveç Kralına başsağlığı verib

Azərbaycan Prezidenti Norveç Kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23-də Norveçin Kralı Əlahəzrət V Haralda başsağlığı verib. SİA-nın xəbərinə görə, ölkədə törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirən dövlətimizin başçısı terrorizmin bütün təzahürlərini qətiyyətlə pislədiyini bildirib.

Prezident İlham Əliyev Kral V Haralda, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Norveç xalqına dərin hüznlə başsağlığı vermiş, yaralananlara şəfa diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə