Polşa prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

Polşa prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

Polşa prezidenti Bronislav Komarovskinin Azərbaycana rəsmi səfəri başlayıb. SİA-nın xəbərinə görə, səfər zamanı Bronislav Komarovski Azərbaycan prezidenti İlham Əliyev və Milli Məçlisin sədri Oqtay Əsədovla görüşəcək. Danışıqlardan sonra dövlət başçıları xarici siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair bir sıra sazişlərə imza atacaqlar. Eyni zamanda Odessa-Brodı xətti layihəsi və Azərbaycan neftinin Polşaya nəqli imkanları ətraflı müzakirə ediləcək.

Səfər gedişində iki ölkə arasında 2011-2013-cü illəri əhatə edən mədəniyyət sahəsində əməkdaşlığa dair, baytarlıq qurumları arasında və informasiya sahəsində əməkdaşlığa dair sazişlərin imzalanacağı gözlənilir.

Bronislva Komarovskinin səfəri iyulun 26-da başa çatacaq. O, Azərbaycandan Gürcüstana yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə