Sofi Bedford: "Bir sıra ölkələr Ermənistanın maraqlarını nəzərə aldığından regionda sabitlik pozulur və münaqişənin həlli ləngiyir" - MÜNASİBƏT

Sofi Bedford: "Bir sıra ölkələr Ermənistanın maraqlarını nəzərə aldığından regionda sabitlik pozulur və münaqişənin həlli ləngiyir" - MÜNASİBƏT

Bir sıra ölkələr Ermənistanın maraqlarını nəzərə alır. Bu isə ATƏT-in Minsk qrupunun təmsilçilərinin işinə mane olmaqla yanaşı, həm də regionda sabitliyi pozur və münaqişənin həllini ləngidir.

SİA-nın rəsmi mənbələrə istinadən verdiyi xəbərə görə, bu sözləri avropalı ekspert, İsveçin Qafqaz məsələləri üzrə nümayəndəsi Sofi Bedford açıqlamasında bildirib.

S.Bedford qeyd edib ki, məsələnin həlli yalnız baza prinsiplərinə uyğun aparılmalıdır. Minsk qrupunun vasitəçilik rolundan danışan avropalı ekspert qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda, əsasən də Azərbaycanla ticarət, yardım və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin genişlənməsini nəzərə alaraq, regionda sabitliyi təmin etmək üçün münaqişənin həllində daha böyük məsuliyyəti üzərinə götürməlidir.



Bütün xəbərlər Facebook səhifəmizdə