Ştefan Füle: “ATƏT-in Minsk qrupu tərəflərə AB-nin yardım etməsi üçün şərait yaratmalıdır” - AÇIQLAMA

Ştefan Füle: “ATƏT-in Minsk qrupu tərəflərə AB-nin yardım etməsi üçün şərait yaratmalıdır” - AÇIQLAMA

Avropa Birliyi Dağlıq Qarabağ probleminin nizamlanmasında fəal iştirak edən tərəf kimi çıxış etmək niyyətindədir və qəbul ediləcək qərara kömək etmək və regionu bərpa etmək üçün zəruri maliyyə yardımları ilə təmin etmək üçün hazırdır.

SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Ştefan Füle "Azadlıq" radiostansiyasına müsahibəsində deyib: "İndi biz Dnestryanı və ya Qarabağda tərəflərin arasında inam yaratmaq üçün nəzərdə tutulan tədbirlərə daha çox maliyyə vəsaiti ayırırıq. Ancaq bu yalnız birinci addımdır. Hazırda qurumun xarici əlaqələrinin genişləndiyini nəzərə alsaq Brüssel daha çox iş görə bilər".

Fulenin sözlərinə görə, Avropa Birliyinin Dnestryanı münaqişənin tənzimlənməsində aktiv rolu artıq göz qabağındadır: "Biz Dağlıq Qarabağda sülhün bərqarar olması prosesində eyni addımları atmaq həvəsindəyik\".

Avropalı diplomat qurumun atacağı addımlar fonunda Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun formatının dəyişməyəcəyini vurğulayıb: "Mən fikirləşmirəm ki, biz Minsk Qrupunun üzvünün əvəzi ilə məşğul oluruq. Hesab edirəm ki, hazırkı etapda ATƏT-in Minsk qrupu tərəflərə AB-nin yardım etməsi üçün şərait yaratmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə