Vladimir Doroxin: \"Elmar Məmmədyarovun səfəri bizim bir-birimizi tərəfdaşlar kimi qiymətləndirməkdə mövqelərimizin eyni olduğunu təsdiq etdi\" - MÜNASİBƏT

Vladimir Doroxin: \"Elmar Məmmədyarovun səfəri bizim bir-birimizi tərəfdaşlar kimi qiymətləndirməkdə mövqelərimizin eyni olduğunu təsdiq etdi\" - MÜNASİBƏT

"Elmar Məmmədyarovun səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından gündəlikdə bütün məsələləri ətraflı müzakirə etməyimizə imkan verdi, bir-birimizi tərəfdaşlar kimi qiymətləndirməkdə mövqelərimizin eyni olduğunu bir daha təsdiq etdi". SİA-nın məlumatına görə, bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərdə Moskvaya rəsmi səfəri haqda danışarkən bildrib.

Onun sözlərinə görə, ölkələr arasında bir sıra fəaliyyətlərə yanaşmalar üst-üstə düşür: "Həm strateji məsələlərə, həm də iqtisadiyyatda, siyasətdə və başqa sahələrdə böyük həcmdə praktiki fəaliyyətə bizim yanaşmalarımız tamamilə üst-üstə düşür. Səfər çox yaxşı nəticələr verib. Mənim fikrimcə biz öz qarşılıqlı fəaliyyətimizi təsbit etdik. İndi biz bu münasibətləri möhkəmlətmək üçün nə etməli olduğumuzu daha aydın, daha dəqiq başa düşürük".

Səfir vurğulayıb ki, Elmar Məmmədyarov səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə Dmitri Medvedevin məktubuna Azərbaycan Prezidenti İlham Əliyevin cavab məktubunu çatdırıb: "İndi söhbət ondan gedir ki, bu məktub öyrənilməli və bundan sonra Rusiya tərəfi ona rəsmi qiymət verməlidir. Ermənistan prezidentinin cavab məktubu da öyrənilməlidir. Buna baxmayaraq, bundan sonra hansı addımlar atmaq barədə xarici işlər nazirləri səviyyəsində faydalı söhbət oldu. Ümid edirəm ki, bu söhbətin nəticələri də müsbət olacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə