Bakıda “Müdafiə Nazirliyi və Parlament Əlaqələri” mövzusunda seminar başlayıb

İyulun 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında "Hərbi Əməkdaşlıq üzrə iş planı"na uyğun olaraq Bakı şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisləri tərəfindən "Müdafiə Nazirliyi və Parlament Əlaqələri" mövzusunda seminar başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "PARK İNN" otelinin konfrans zalında keçirilən seminar iki gün müddətində davam edəcək və hərbi-mülki əlaqələr, Silahlı Qüvvələrə demokratik nəzarət, hərbin rolu, hərbi peşəkarlığın özəlliyi, hərb üzrə parlament nəzarəti və digər mövzularda müzakirələr aparılacaq .

Tədbirdə Müdafiə Nazirliyi ilə yanaşı Prezident Aparatı, Milli Məclis, güc strukturları və mülki nazirliklərin nümayəndələri də iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...