Prezident İlham Əliyev Xızıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib - FOTO
SİA-nın xəbərinə görə, açılış mərasiminə toplaşan rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, şirkət tərəfindən inşa olunan bu müasir səhiyyə ocağı dördmərtəbəli əsas korpusdan və yardımçı binalardan ibarətdir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərkəzlə tanış oldu.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.
Prezidentə məlumat verildi ki, burada əsas korpusda regional və yerli konfransların, müxtəlif tədbirlərin keçirilməsi üçün 155 nəfərlik akt zalı inşa olunub.
Mərkəzdə qəbul və hemodializ, əməliyyat bloku, stasionar və reanimasiya şöbələri, konsultativ diaqnostika poliklinikası vardır. Müayinə və müalicəni daha da sadələşdirmək məqsədilə qəbul və hemodializ şöbələri birinci, konsultativ diaqnostika poliklinikası ikinci, stasionar və reanimasiya şöbələri isə üçüncü mərtəbədə yerləşdirilib. Hemodializ şöbəsində beş hemodializ aparatı quraşdırılıb. Onlardan biri ayrıca otaqda qoyulmuş və infeksion xəstələr üçün nəzərdə tutulub. Şüa-diaqnostika şöbəsi kompyuter tomoqraf və rentgen aparatları ilə təchiz olunub. Konsultativ diaqnostika poliklinikasında bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər yaradılıb. Endoskopik kabinet tibbin ən son nailiyyətlərinin məhsulu olan fibroqastroskop və kolonoskopla təchiz olunub.
Mərkəzin laboratoriyasında biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür. Stasionar şöbədə hər biri iki çarpayılıq 10 palata var. Əməliyyat blokunda xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılıb.
Mərkəzdə 205 nəfər daimi işlə təmin ediləcəkdir.
Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək tibbi xidmətin göstərilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.
Müalicə-Diaqnostika Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



