Ermənistan Rusiya prezidentinin təklifinə yaxın vaxtlarda cavab verəcək
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, telefon söhbətində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaranmış vəziyyət müzakirə olunub: "Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin 27 oktyabr 2010-cu il tarixli Həştərxan və 5 mart 2011-ci il tarixli Soçi görüşlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi, atəşkəs rejiminə ciddi şəkildə əməl olunması, qarşılıqlı əsasda əlavə təhlükəsizlik və etimadın möhkəmləndirilməsi tədbirlərinin görülməsi və insidentlərin təhqiqatı kimi məsələlərdə əməkdaşlığın aktuallığı müzakirə edilib".
Eyni zamanda E.Nalbandayan Ermənistanın Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərinə yaxın vaxtlarda cavab verəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB