Fövqəladə Hallar Nazirliyi 6 ayın hesabatını açıqladı

Fövqəladə Hallar Nazirliyi 6 ayın hesabatını açıqladı

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2011-ci ilin birinci yarısı üzrə hadisələrə dair statistik hesabatını açıqlayıb. SİA-nın FHN-in saytına istinadən yaydığı məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda 20 partlayış hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

2011-ci ilin birinci yarısında ölkədə baş verən yanğınların sayı isə 2521 olub. Nəticədə 30 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

Cari ilin birinci yarısında təbii və texnogen mənşəli hadisələrin sayı 2619 hadisə təşkil edib. Nəticədə 36 nəfər həlak olub, 102 nəfər xəsarət alıb, 33 nəfər xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə