Obama 86 milyon yığıb

Barak Obama onun seçki kampaniyasına 50 min dollardan yuxarı vəsait bağışlayan 244 sponsorun adını açıqlayıb. SİA-nın məlumatına görə, bununla da ABŞ-ın hazırki prezidentinin növbəti seçkiqabağı kassasına bu ilin aprel ayından bəri artıq 86 milyon dollar daxil olub.

Ən əliaçıq sponsorların arasında vəkillər, böyük müəssisələrin baş direktorları, məşhur siyasətçilər, mədəniyyət xadimləri var.

2008-ci ildə Barak Obama öz seçki kampaniyasına 600 milyon dollardan yuxarı vəsait yığmaqla ABŞ tarixində rekorda imza atdı.

Əvvəl ən yaxşı nəticə kiçik Corc Buşa aid idi. O, 2004-cü ildə öz qələbəsi üçün 367,2 milyon dollar yığmışdı.

Ekspertlərin proqnozlarına görə, budəfəkiseçkiqabağı kampaniya ölkə tarixdə ən bahalı olacaq. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2012-ci ilin noyabrında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə