Elmar Məmmədyarovun Moskvaya rəsmi səfərinin təfərrüatları məlum olub
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyulun 17-18-də Moskvaya rəsmi səfəri zamanı müzakirə olunacaq məsələlər haqqında məlumat yayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, nazir Serqey Lavrovun dəvəti ilə baş tutacaq rəsmi səfər zamanı ikitərəfli və beynəlxalq məsələlər müzakirə ediləcək.
Eyni zamanda həmkarlar 3 sentyabr 2010-cu ildə iki dövlət arasında imzalanan \"Dövlət sərhədi haqqında saziş\"in ratifikasiyasına dair sənədlərin mübadiləsi həyata keçiriləcəklər. Görüş zamanı həmçinin 2011-2012-ci illər üçün Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr planı imzalanacaqlar. Moskva səfəri zamanı E. Məmmədyarovun həmçinin Rusiya baş nazirinin müavini A. Xloponin, Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görşüləri planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB