Qənirə Paşayeva: \"13 yaşlı uşağın faciəli ölümü Ermənistan dövlətinin iç üzünü bir daha dünyaya göstərdi\" - MÜNASİBƏT
Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistandan çayla axıdılan oyuncağa yerləşdirilmiş bombanın partlaması nəticəsində 13 yaşlı uşağın faciəli ölümü Ermənistan dövlətinin iç üzünü bir daha dünyaya göstərdi. Məlum oldu ki, bu dövlət insanlıqdankənar cinayətlər törədən, körpə uşaqların qətlə yetirilməsini özünün gündəlik fəaliyyəti sayan, terrorizmlə məşğul olan bir dövlətdir. Bu barədə SİA-ya açıqlamasında Tovuz rayonundan olan millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, bu hadisə ermənilərin hansı əqidəyə sahib olduğunu bir daha sübut etdi. Onun sözlərinə görə, 13 yaşlı bir qızın insanlıqdan kənar qətlə yetirilməsi, oyuncağın içərisinə partlayıcı qoyub Azərbaycan istiqamə\\tində axan su mənbələrinə atmaq ki, onu uşaqlar götürəcək və partlayış nəticəsində həlak olacaqlar, düşüncəsi işğalçılıq siyasətini həyata keçiriən bir dövlət kimi Ermənistanın və ermənilərin imicini bir daha dünyaya göstərdi.
"Ermənistan körpə uşaqların qətlə yetirilməsində, insanlıqdan kənar cinayətlərlə məşğul olan bir dövlətdir. Bu təbii ki, yalnız Tovuzun Əlibəyli kənd sakinlərini deyil, bütün Azərbaycanı hiddətləndirir. Təbii ki, Azərbaycan xalqı gözləyir ki, ilk öncə ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələyə çox ciddi şəkildə münasibət bildirəcək, təzyiq göstərəcəklər, sərt reaksiya verəcəklər. Azərbaycan xalqı ancaq Minsk Qrupunun bu hadiəni pisləməsini, sərt reaksiya verməsini, lənətləməsi deyil, çox ciddi şəkildə bunu törədənlərin cəzasını alması istiqamətində mövqelərini, Ermənistana təsir və təzyiqlərini artırmasını gözləyir və tələb edir", - deyə o millət vəkili əlavə edib.
Qənirə Paşayeva bu məsələnin Avropa Şurasında da qaldırılacağını söyləyib. Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasından tələb olunacaq ki, bu məsələyə ciddi reaksiya versin, qınasın, bunu törədənlərin öz cəzasını alması istiqamətində təsir və təzyiq mexanizmlərini işə salsın. Bundan əlavə, Avropa Şurası Parlament Assambleyasından tələb edəcəyik ki, Ermənistanın törətdiyi bu vandalizm aktları təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərə, Şuranın qəbul etdiyi qətnamələrə zidd olduğunu ermənilərə anlatsın və onları cəzalandırsın. Bu insan haqlarının ciddi şəkildə pozuntusu, insanlıq əleyhinə bir suçdur. Bu istiqamətdə günahkarların cəzasını alması, Ermənistanın durdurulması istiqamətində olan da səylərini artırsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB