Azərbaycanın Türkiyədəki səfiri Samsun vilayətinə səfər edib

Azərbaycanın Türkiyədəki səfiri Samsun vilayətinə səfər edib

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov ümumi əlaqələrin inkişafı məqsədi ilə Samsun vilayətinə səfər edib. SİA-nın məlumatına görə, səfir Faiq Bağırov səfər çərçivəsində Samsun valisi Hüseyn Aksoyla görüşüb.

Vali H.Aksoy Azərbaycanın Türkiyədəki səfiri F.Bağırovun bu ziyarətindən məmnun olduğunu və belə səfərlərin iki qardaş ölkənin münasibətlərini daha da dərinləşdirəcəyini vurğulayıb.


Səfir F.Bağırov da Samsunun özəlliklərini xatırladaraq Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində bu bölgənin böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com