Rasim Nəbiyev: “Bu gün Azərbaycan Heydər Əliyev ideyalarının təntənəli günlərini yaşayır” - MÜSAHİBƏ (SƏS TV)
İctimai Siyasi Universitetin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyevin SəsTV-yə müsahibəsi
- Ulu Öndər Heydər Əliyevin 1969-cu il 14 iyulda Azərbaycanda Mərkəzi Komitənin birinci katibi seçilməsi azərbaycanlılara və ümumiyyətlə tariximizə nə bəxş etdi?
- Bu gün Azərbaycan Heydər Əliyev ideyalarının təntənəli günlərini yaşayır. Əldə olunan naliyyətlərin əsası demək olar ki, 1969-1982-ci illərdə ulu öndərin hakimiyyəti dövründə qoyulub. Təbii ki, biz bu nailiyyətlərlə fəxr edirik. O dövrdə Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı dərin böhran yaşayırdı. Ulu öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycan həm siyasi, həm iqtisadi, həm də digər sahələrdəki böhrandan çıxdı və mədəni iqtisadi inkişaf yoluna qədəm qoydu. Təkcə onu qeyd etmək kifayətdir ki, 1970-1985-ci illərdə Azərbaycanda 250-dən çox yeni müəssisə tikildi və istifadəyə verildi. Azərbaycan sənayesi istehsalı 2,5 dəfə artdı. Eləcə də o dövrdə yeni sənaye müəssisələrinin yaradılması, yeni sahələrin meydana gəlməsi, bütün bunlar hamısı ulu öndərin adı ilə bağlıdır. O dövrdə bizim kənd təsərrüfatımız sürətlə inkişaf etməyə başladı və öz istahsalını 2,5 dəfə artıra bildi. O vaxtlarda meliorasiya irriqasiya sahəsində nəhəng işlər görüldü. Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşması, təsərrüfatın ekstensiv inkişafdan intensiv inkişafa keçilməsi sahəsində çox mühüm addımlar atıldı. Bu gün biz fəxrlə deyə bilərik ki, o dövrlərdə atılmış addımlar, görülmüş nəhəng işlərin nəticəsi idi ki, respublikamız sonrakı illərdə böyük maddi texniki bazaya malik oldu və bu maddi texniki baza sonrakı inkişafımıza zəmin yaradıb. Azərbaycanda istər neft-qaz kəmərlərinin çəkilməsi, istərsə də, layihələrin işlənməsi sahəsində respublikamızda beynəlxalq münasibətlər inkişafetmiş sistem formalaşmışdır.
- 1970-1980-ci illər həqiqətən də Azərbaycanda SSRİ-nin intibah və inkişaf dövrü adlandırılır. Bəs ulu öndər bu nailiyyətləri hansı resurslarla qazanırdı?
- Xüsusilə qeyd etmək istəyirəm ki, ulu öndər o dövrdə SSRİ-nin iqtisadi potensialından böyük məharətlə istifadə etdi. Azərbaycanda tikilmiş yeni sənaye sahələrinin fəaliyyət göstərməsi ölkəmizin sonrakı inkişafına ciddi surətdə təsir etdi. Azərbaycanın əldə etmiş olduğu nailiyyətlərin nəticəsidir ki, bu gün Azərbaycan belə bir yüksək iqtisadi inkişaf tempinə malikdir.
- Bütün bunların qarşısında bu gün Azərbaycanda ulu öndərimiz Heydər Əliyev idealarının tədqiqi qənaətbəxş hesab olunurmu?
- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra özünün siyasi və iqtisadi quruluşunu dəyişən və müharibə şəraitində yaşayan ölkə olaraq qalırdı. Dünya təcrübəsində elə bir ölkə yox idi ki, onun təcrübəsindən istifadə etmək mümkün olardı. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edirdi. Azərbaycan dünyanın ən demokratik seçkili və dövlət quruluşu forması olan respublika yolunu seçmişdi. Digər tərəfdən isə Azərbaycan asan iqtisadiyyat yolunu seçmişdi.
Bu gün biz fəxrlə deyə bilərik ki, ulu öndərin ideyaları artıq öz müsbət göstəricilərini büruzə verməkdədir. Biz bütün sahələrdə nailiyyətlər qazanmışıq və fəxrlə deyə bilər ki, istər kənd təsərrüfatımız, istərsə də iqtisadiyyatın bütün sahələri yüksəliş dövrünü yaşayır. Azərbaycan dövləti artıq qüdrətli bir dövlətə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB