Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişindən 42 il ötür
1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. SİA-nın xəbərinə görə, onun iradəli xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə köhnəlmiş forma və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu.
Bu adam Heydər Əliyev idi. Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçib. Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.
Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi müddət ərzində respublikamızın hərtərəfli inkişafına nail olub. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilib. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salınıb. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlılın keçmiş ittifaqın ən nüfuzlu ali məktəllərində təhsil almaları üçün şərait yaradılıb.
Onun 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmayıb ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxarıb. Heydər Əliyev bu fəaliyyəti ilə tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün yox, həm də gələcək Müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoyub. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, bütün infrastrukturu izah edilib, kənd təsərrüfatı modernləşdirilib, respublikanın qədim paytaxtı intibah dövrü keçirib.
Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirib. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət edib.
Azərbaycanın müstəqillik əldə etməsindən sonra respublikamız dünya birliyinə inteqrasiya yolunda inamla addımlayaraq beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilib. Bu gün Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən ardıcıl olaraq mülki cəmiyyət və hüquqi dövlət prinsiplərini həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edilir. Bu nailiyyətlərin əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin zəhməti və gərgin səyi nəticəsində, onun hələ Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində bugünkü müstəqil Azərbaycan qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub.
Bu, Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqləyir. Çünki, 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət, və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi. Qədirbilən Azərbaycan xalqı bunu bilir və Heydər Əliyevin tarixi xidmətlərini daima yüksək dəyərləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB