Aydın Hüseynov: “Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan müstəqilliyinin əsası qoyuldu”- MÜSAHİBƏ (SƏS TV)
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynovun SƏS TV-yə müsahibəsi:
- O dövrün ictimai siyasi vəziyyəti haqqında nə deyə bilərsiniz?
- SSRİ-nin vaxtında 15 respublika var idi. Bu respublikaların arasında Azərbaycan tam olaraq tanınmırdı. Ən yaxşı halda isə Azərbaycan aqrar ölkə olaraq qalırdı. Azərbaycanın idarəçiliyində milli kadrların olmaması, SSRİ məkanında böyük potensiala malik olan ölkənin heç bir cəhətdən tanınmaması qəbuledilməz bir hal idi. 1969-cu ilin iyul ayında Heydər Əliyev Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi seçildi. Sözün əsl mənasında, ümummilli liderin katib seçilməsindən sonra Azərbaycanda inkişaf və dirçəliş özünü büruzə verdi. SSRİ məkanında və digər dövlətlərdə artıq Azərbaycan adlı bir dövlətin olması tanındı. Bu isə ondan irəli gəlirdi ki, ulu öndər uzun müddət təhlükəsizlik orqanlarında çalışırdı. O zamanki dövrdə bu vəzifədə çalışaraq katib işləmək çox çətin iş idi. Heydər Əliyevin bu sahədə olan səriştəliyi və müdrikliyi qarşı tərəfin onu qəbul etməsini tələb edirdi. Ulu öndər idarəçilik sistemini çox dərindən öyrənə bilirdi. Bir çox sahələrdə ümummilli liderin atdığı addımları yüksək qiymətləndirmək lazımdır. Gəlişindən sonra Azərbaycan artıq sənaye ölkəsinə çevrildi.
- 1982-ci ildə Heydər Əliyevin Moskvaya getməsi Azərbaycana yaxşı və ya pis mənada nələr verdi?
- Yaxşı tərəfi odur ki, SSRİ büdcəsindən SSRİ miqyasında həyata keçirilən iri layihələrin Azərbaycanda həyata keçirilməsi üçün işlər görüldü. Bu da təbii ki, Azərbaycan üçün böyük dayaq idi. Ulu öndərin Azərbaycandan Moskvaya gedib işləməsi həm tarixi baxımdan, həm də azərbaycanlı olaraq ölkəmizi orada təmsil etməsi xalqımız üçün böyük fəxr idi. Sonralar SSRİ səviyyəsində rəhbər dəyişikliyi oldu. Ermənipərəst insanların səyi nəticəsində ulu öndər vəzifəsindən kənarlaşdırıldı. Bu kənarlaşdırma da təbii ki, Azərbaycana çox təsir etdi. Azərbaycanın da bəlaları məhz bundan sonra başladı. Azərbaycan da baş verən bütün uğursuzluqlar bu dövrə təsadüf edir.
- Ümummilli lider Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışından sonra ölkəmizdə baş verən inkişaf haqqında nə deyə bilərsiniz?
- Azərbaycan xalqı 1988-ci ildən 1993-ci ilə kimi özünün ən gərgin dövrünü yaşayıb. Baxmayaraq ki, Azərbaycan bu dövrdə müstəqillik qazanmışdı, ancaq rəhbərlikdə olan səriştəsiz insanlar hökuməti demək olar ki, uçuruma doğru aparırdı. Azərbaycanın bir dövlət olaraq məhv olması, mövcud ərazilərimizin parçalanması kimi geniş planlar hazırlanmışdı. Buna görə də Azərbaycan xalqı Heydər Əliyevə müraciət etdilər. Məhz buna görə də ümummilli lider 1993-cü ildə hakimiyyətə yenidən dəvət olundu. Həmin dövrdən sonra Azərbaycanın əsl müstəqilliyinin əsası qoyuldu. Az bir zamanda ölkədə baş verən böhran aradan qaldırıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB