Elçin Mirzəbəyli: “Kazan görüşünün fiaskoya uğraması ilk növbədə Rusiyanın nüfuzuna kifayət qədər xələl gətirdi”
"ATƏT-in Minsk Qurpu fəaliyyətə başladığı gündən fakt göz qarşısındadır ki, hər hansı bir irəliləyiş əldə olunmayıb. Lakin bu müddət ərzində, atəşkəsin imzalandığı dövrdə Azərbaycan bu zaman kəsiyindən kifayət qədər məharətlə istifadə edərək özünün iqtisadi, hərbi-potensialını gücləndirərək Qafqazın təkcə iqtisadi baxımdan deyil, eyni zamanda hərbi baxımından da güclü dövlətinə çevrilib". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. O bildirib ki, Kazan və bundan öncə keçirilən digər görüşlərdə də əvvəlcədən onların fiaskoya uğrayacağı bəlli idi. Onun sözlərinə görə, çünki istənilən bir prosesdə işğal edən tərəfə qarşı tərəfin güzəştə getməsi üçün önləyici addımlar atılmalıdır. Bu önləyici addımlar da işğalçı tərəfə qarşı iqtisadi, siyasi, diplomatik və müxtəlif formalı təzyiq üsullarının həyata keçirilməsidir.
"Lakin Kazan görüşü ərəfəsində də həmsədrlər tərəflərə, yəni işğalçıya və işğala məruz qalana bərabər bir münasibət sərgiləməklə faktiki olaraq bu prosesdə neytral olmadıqlarını, tərəfli olduqlarını sübuta yetirdilər. Kazan görüşünün fiaskaya uğraması və Azərbaycan həmişə olduğu kimi özünün mövqeyində israrla dayanması, bu prosesdə ilk növbədə Rusiyanın nüfuzuna kifayət qədər xələl gətirdi. Çünki verilən bəyanatların motivində Rusiyanın daha öncə prosesdə irəliləyişin əldə olunacağına daha inamlı təsir bağışlayırdı. Lakin indiki məqamda bəllidir ki, öncədən konkret mexanizmlər BMT, beynəlxalq hüquq normalarına əsasən keçirilməli olan mexanizmlər həyata keçirilmədiyi üçün nəticə doğurmadı. İndiki prosesdə təbii ki, Medvedyev özünün və Rusiyanın nüfuzunu xilas etmək üçün manipulyativ addımlara əl atıb. Hesab edirəm ki istər bu məktublar, istərsə də Lavrovun həmsədrlərlə görüşü və ABŞ-da keçirdiyi görüşlər ilk növbədə Rusiyanın bu prosesi dayandırmaq niyyətində olmadığını, aparmaq niyyətini və yaxud prosesin dayanmadığını, aparılacağını görüntüləmək üçün cəhdlərdir. Ancaq ortalıqda konkret bir həll mexanizmi olmadığı üçün atılan bu addımların da nəticə etibarı ilə perspektiv vəd etmədiyini düşünürəm", - deyə E.Mirzəbəyli əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB