\"Azərbaycan Gündəmi\" qəzetinin baş redaktoru rüşvət alarkən həbs olundu
Azərbaycanda baş redaktor rüşvət alarkən həbs olunub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, saxlanılan şəxs \"Azərbaycan Gündəmi\" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Elnur Məmmədovdur.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məmmədov 1000 manat rüşvət alarkən tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB