Nüfuzlu “Mundo İnternacional” jurnalı Elmar Məmmədyarovun Meksikaya səfərinə mühüm yer ayırıb
Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalında Azərbaycan haqqında, Meksika və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin inkişaf edən iqtisadiyyatı, eyni zamanda Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən bəhs olunan geniş məqalə dərc edilib. Məqalədə, həmçinin 2011-ci ilin mart ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfərinə mühüm yer ayrılıb.
Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən SİA-ya verilən xəbərə görə, məqalədə qeyd edilib ki, "Sovet İttifaqının dağılmasından sonra, öz müstəqilliyini bərpa etmək, dövlətçiliyini inkişaf etdirib gücləndirmək üçün Azərbaycan xalqı tarixi imkan qazanıb. O zaman Azərbaycanın yaranmış vəziyyətdən çıxması və uğur qazanması böyük sual altında olmaqla yanaşı, həmçinin qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkə daxilində siyasi stabilliyin pozulması və iqtisadi çətinliklər vəziyyəti daha da ağırlaşdırıb. O dövrdən indiyədək Azərbaycan, özünün əzəli prinsiplərini elan edərək, qanunun aliliyi, bazar iqtisadiyyatı və demokratik institutlara əsaslanan müasir dövlət quruculuğu istiqamətində inkişaf edəcəyini bildirib".
Qeyd edilib ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlər, o cümlədən ölkənin özünəməxsus neft strategiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət nəticəsində mümkün olub.
Məqalədə, Ermənistanın hərbi təcavüzü, etnik təmizləmələr siyasəti, bir milyondan artıq qaçqın və məcburi köçkün düşmüş azərbaycanlının hüquqlarının pozulması, habelə Azərbaycanın böyük bir ərazisində xalqın mədəni və tarixi irsinin məhv edilməsi məsələlərinə xüsusi yer ayrılıb. Qeyd edilib ki, Ermənistan tərəfindən təcavüzkar siyasətin davam etdirilməsi regional və beynəlxalq sülhə təhdidlər yaradır.
Məqalədə, habelə Şərqdə ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının tarixindən bəhs edilib, Azərbaycanın sözügedən dövrdən sonra keçdiyi tarixi inkişaf proseslərindən bəhs edilib.
Bildirilib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata və sabit siyasi sistemə malik gənc demokratik dövlətdir. "Azərbaycan regionda lider ölkəyə çevrilmiş və beynəlxalq münasibətlərdə mühüm rol oynayır. Bu xüsusda, nazir E. Məmmədyarovun sözlərinə istinad edilərək qeyd olunub ki, "bizim ölkə regionda həlledici rol oynayır və regional əhəmiyyəti olan heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



