Əli Hüseynli: “Qurultay ölkə rəhbəri tərəfindən verilən yeni mesajlar və gələcək üçün fəaliyyət planına çevrildi”
"Dünya azərbaycanlılarının qurultayının keçirilməsinin təməlini ümummilli lider Heydər Əliyev qoyub. Azərbaycan dövləti müəyyən bir inkişaf mərhələsi keçdikdən sonra bütün dünyada yaşayan azərbaycanlıların vətəni kimi bir mərkəzə çevrilməyə başlayıb. Dünya azərbaycanlılarının qurultayının keçirilməsi sözün əsl mənasında elə bu demək idi". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Əli Hüseynov Dünya Azərbaycanlılarının III Qurultayını şərh edərkən deyib. O bildirib ki, ölkə prezidenti İlham Əliyev bundan öncəki qurultayda da azərbaycanlıların çox böyük bir xalq olduğunu söyləyib. Onun sözlərinə görə, dünyanın harasında yaşamasından asılı olmayaraq diaspor təşkilatları Azərbaycana gələrkən bir çox xalqların nail olmadığı qürur hissi keçirirlər.
"Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi potensial baxımından inkişaf edir və azərbaycanlıların tarixi vətəni olan Azərbaycanı yüksək səviyyədə gördükdə çox böyük bir fərəh hissi keçirirlər. Eyni zamanda, bu qurultay həm də bizim üçün ölkə rəhbəri tərəfindən verilən yeni mesajlar və gələcək üçün fəaliyyət planına çevrildi. Bu təkcə Azərbaycan daxili üçün deyil, həm də xaricdəki diaspor təşkilatları üçündür. Azərbaycan dövləti, xarici səfirliklər və diaspor təşkilatları ilə dünya azərbaycanlılarının birgə fəaliyyəti, onların birləşdirilməsi, daha da gücləndirilməsi çox əhəmiyyətli bir məsələdir. Təbii ki, bu istiqamətdə işlər görüləcək və parlamentarilər də bu işdə yaxından kömək edəcəklər. Yeni bir maraqlı məqam ondan ibarətdir ki, qurultayda Azərbaycana dəstək verən bizim xalqın nümayəndələri yox, bizə dost olan xalqların tanınmış nümayəndələrini gördük. Bu gün artıq Azərbaycan diasporu deyəndə, həm azərbaycanlıları, həm də bizim xalqımıza dəstək verən, dost olan xalqların birgə təşkilatlanmasını müşahidə etdik. Bu çox ciddi bir güc deməkdir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB