J.Soareş ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib

J.Soareş ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib

ATƏT Parlament Assambleyasının (PA) keçmiş prezidenti, portuqaliyalı siyasətçi Joao Soareş təşkilatın Dağlıq Qarabağ da daxil olmaqla Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib. SİA-nın məlumatına görə, bu barədə ATƏT PA-nin rəsmi saytında bildirilib.

Məlumatda bildirilir ki, ATƏT PA-nın prezidenti Petros Eftimiu bunu təşkilatın iyulun 6-dan 10-dək Belqradda keçirilən 20-ci yay sessiyasında elan edib. Onun sözlərinə görə, bu təyinatdan öncə Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyətləri ilə məsləhətləşmələr aparılıb: \"Joao Soareş regiondakı mühüm tərəfdaşlar haqqında geniş məlumatlara və şəxsi münasibətlərə malikdir. Eyni zamanda, J. Soareşdə siyasi diqqəti Cənubi Qafqazda davam edən münaqişələrə yönəltmək və insanların birləşməsinə nail olmaq üçün lazımi diplomatik keyfiyyətlər var. Davam edən danışıqlara parlamentarilərin da töhfə verəcəyindən məmnunluq duyuruq\".

Qeyd edək ki, J.Soareş 2008-2010-cu illərdə ATƏT PA-nin prezidenti vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə