Ermənistan əhalisinin 34%-ə qədəri yetərincə qidalanmaq imkanından məhrumdur. SİA-nın məlumatına görə, bu barədə BMT-nin yenicə açıqlanan "Millennium Developments Goals – 2011" məruzəsində deyilir.
BMT ekspertlərinin dünya ölkələri üçün tərtib etdikləri "Yoxsulluq və qida" reytinqində Ermənistan əhalisi aclıq səviyyəsinin yüksək (25-34%) səviyyədə olduğu ölkələr sırasına daxil edilib. BMT məruzəsində Azərbaycanın analoji xəritədə yeri isə qida probleminin çox aşağı səviyyədə (5%) olduğu dövlətlər sırasına aid edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB