Prezident İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Xəzər rayonunda görülən işlərlə tanış olub

Prezident İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Xəzər rayonunda görülən işlərlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlət başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. SİA-nın məlumatına görə, tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev bugün Xəzər rayonunun Buzovna qəsəbəsində olub.

Şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq, Buzovna qəsəbəsində genişmiqyaslı quruculuq işləri aparılır, yollar abadlaşdırılır, qəsəbənin sosial infrastrukturu yenilənir. Prezident İlham Əliyev əvvəlcə magistral yolun kənarında yerləşən çoxmərtəbəli yaşayış binalarının üzlənməsinə baxış keçirib.

Prezidentə verilən ətraflı məlumatda bildirilib ki, müasir materiallarla üzlənən binalar tamamilə müasir görkəm alır və qəsəbənin ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Xüsusi işıqlandırma sistemi binaları gecələr daha yaraşıqlı edir. Üzlənmə ilə yanaşı, binaların blokları da yenidən qurulur, liftlər yeniləri ilə əvəzlənir. Dövlət başçısı abadlıq və yenidənqurma işləri zamanı sakinlərin istirahəti üçün yaradılan şəraitlə də tanış olub.

Binaların həyətlərindəki köhnə istirahət yerlərinin müasirləşdirildiyi, bəzi məhəllələrdə yenilərinin yaradıldığı diqqətə çatdırılıb. Bu zaman istirahətin rəngarəngliyi də nəzərə alınır. Yeni quraşdırılan maraqlı uşaq əyləncə qurğuları, idman meydançaları balaca sakinlərin ürəyincədir. Böyüklər isə asudə vaxtlarında yeni yaradılan qurğularda idmanın müxtəlif növləri ilə məşğul ola bilirlər. Binaların həyətlərində yeni oturacaqlar quraşdırılmışdır. Buzovna qəsəbəsində bir yenilik də ondan ibarətdir ki, magistral yolla yaşayış binaları arasında gözəl istirahət parkı salınıb.

Qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanışlıqdan sonra ölkə rəhbəri sakinlərlə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня