Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 6-da saat 11.30-dan 11.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və iyulun 7-də saat 01.35-dən 01.37-dək Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB