İyulun sonuna kimi pensiyaçıların 90%-nə aid məlumatlar yekunlaşdırılacaq

İyulun sonuna kimi pensiyaçıların 90%-nə aid məlumatlar yekunlaşdırılacaq
\"Pensiyaçıların mərkəzləşdirilmiş bazada olan məlumatlarının toplanması prosesi daha da sürətləndirilib\". SİA-nın xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib. O bildirib ki, fondun bütün rayon şöbələrində bu işlə məşğul olan müfəttişləri mərkəzi aparata çağırılırlar. Həmin müfəttişlərin mərkəzi aparatın bazasında olan bütün məlumatları özlərində olan məlumatlarla tutuşdurduğunu deyən S.Müslümov vurğulayıb ki, ilk növbədə bu prosesə Abşeron, Bakı və Sumqayıt şöbələrindən başlanılıb və artıq yekunlaşıb. Onun sözlərinə görə, hazırda bu işləri digər rayon şöbələrinin müfəttişləri də davam etdirir.

"
Bu ilin iyul ayın sonuna kimi pensiyaçıların 90%-nə dair məlumatların mərkəzi aparatın bazası ilə tutuşdurulması başa çatacaq. Bütün hallarda hətta göstəricilərinin tutuşdurulması başa çatmayanların da pensiyaları mərkəzi bazada olan göstəricilər əsasında artırılmış şəkildə veriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə