MHP sədr müavini: “Türkiyə Azərbaycan diasporunun birgə fəaliyyəti çox vacibdir” - EKSKLÜZİV

MHP sədr müavini: “Türkiyə Azərbaycan diasporunun birgə fəaliyyəti çox vacibdir” - EKSKLÜZİV

Türkiyə-Azərbaycan diasporunun birgə fəaliyyəti çox vacibdir. Bu sözləri SİA-ya açıqlamasında Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Tuğrul Türkeş deyib: "Bütün dünyada həm Azərbaycan, həm də Türkiyə əleyhinə yalan xəbərlər mövcuddur. Bu dezinformasiyaya qarşı həqiqətlərin dünyaya çatdırılması baxımından Türkiyə Azərbaycan diasporunun birgə fəaliyyətini müsbət qiymətləndiririk. Eyni zamanda birgə fəaliyyət 21-ci əsrdə inkişaf edən ölkələr olan Azərbaycan və Türkiyəni dünyada özünü tanıtmağında da önəmli bir rol oynayacaq".

Dünya azərbaycanlılarının III qurultayının keçirilməsinin vacibliyini vurğulayan MHP-nin sədr müavini bildirib ki, diaspor nümayəndələrinin bir yerə toplaşması çox mühüm amildir: "Mən yenə də təkrar etmək istəyirəm ki, dünyada həm Azərbaycan, həm də Türkiyə türkləri yalan xəbər və dezinformasiya ilə üzləşirlər. Bu mənada Dünya azərbaycanlılarının qurultayının keçirilməsi vacibdir. Qurultaydan sonra diaspor nümayəndələrinin gələcək fəaliyyətini səbirsizliklə gözləyəcəyik. Çünki qarşıda görüləsi işlər çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə