Cümşüd Nuriyev: \"Azərbaycan üç gün ərzində Dağlıq Qarabağı və onun ətrafında olan bütün rayonları işğaldan azad etməyə qadirdir\" - MÜNASİBƏT

Cümşüd Nuriyev: \"Azərbaycan üç gün ərzində Dağlıq Qarabağı və onun ətrafında olan bütün rayonları işğaldan azad etməyə qadirdir\" - MÜNASİBƏT

"Hazırda dövlətlər arasında iddia savaşı gedir. Burada əsas məsələ ondan ibarətdir ki, Serj Sarkisyanın bu prosesi pozması yüzdə yüz Rusiyanın işi deyil". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. O vurğulayıb ki, əslində bu Rusiyanın iflası deməkdir. Daha doğrusu, Kazan görüşü Rusiyanın dövlət siyasətinin iflasının ilk addımıdır deyən C.Nuriyev Rusiyanın bir dövlət kimi beynəlxalq aləmdə çökdürülməsinə yenə ermənilərin başladığını da söylədi. \"Necə ki, sovet dövlətini ermənilər çökdürdü, indi də Rusiya Federasiyasının dağılmasının başlanğıcını qoydular. Məsələ ondadır ki, Serj Sarkisyanın Avropa görüşlərindəki çıxışı onun həm Nikolya Sarkozi ilə, həm də Barak Obama ilə telefon danışıqlarından sonra artıq Azərbaycanda bir sıra politoloqlar əvvəlcədən proqnozlaşdırmışdılar ki, ermənilər bu danışıqları pozacaqlar. Belə də oldu. Eyni zamanda, bu məsələnin ardınca ATƏT həmsədrlərinin yenidən bölgəyə gəlməsinin bir səbəbi də onunla bağlı oldu ki, onlar həm iddia davalarını ortaya qoymağa çalışırlar, həm də Azərbaycanı bu və ya digər şəkildə ram etmək iddiasındadırlar. Açığı burada bir \"xristian həmrəyliyi\" məsələsi gündəmə gəlir\",- deyən C.Nuriyev beynəlxalq güclərin Azərbaycanı hərbi əməliyyatlardan çəkindirmək üçün bu cür jestlərə əl atdıqlarını da söyləyib. Eyni zamanda, ötən ayın 26-da keçirilən möhtəşəm hərbi paraddan sonra da ermənilərdə həddən artıq silahlanmaya meylin artdığını deyən politoloq bunu Ermənistanın bir dövlət kimi çökməsinə başlıca işarə kimi qiymətləndirib.

\"ATƏT-in həmsədrlərinin regiona növbəti səfərləri də tamamilə bununla bağlı bir şeydir. Bundan əlavə həm Kazan görüşündən əvvəl, həm də ondan sonra beynəlxalq ictimaiyyət Azərbaycanın hərbi əməliyyatlar yolu ilə öz ərazi bütövlüyünü təmin etməsindən çox narahatdırlar. Çünki onlar bilirlər ki, Azərbaycan üç gün ərzində Dağlıq Qarabağı və onun ətrafında olan bütün rayonları işğaldan azad etməyə qadirdir. Biz belə bir gücdə olduğumuza görə ATƏT-in nümayəndələri də bu addımdan hər vəchlə Azərbaycanı çəkindirməyə çalışmağa gəliblər\",- deyə C.Nuriyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə