Mobil Məmmədov: \"Dünya azərbaycanlıları bu qurultaydan sonra tam şəkildə birləşəcəklər\"

Mobil Məmmədov: \"Dünya azərbaycanlıları bu qurultaydan sonra tam şəkildə birləşəcəklər\"

"Özbəkistanda 40 minə yaxın azərbaycanlı yaşayır və sədri olduğum qurumda Azərbaycan diasporu yaxşı təşkilatlanıb\". Bu sözləri SİA-ya açıqlamasında Özbəkistan Respublikası Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov deyib. Rəhbərlik etdiyi təşkilatın bundan əvvəlki qurultayda da iştirak etdiyini deyən M.Məmmədov ikinci qurultaydan sonra dünya azərbaycanlılarını daha yaxından tanıdığını və birliyinin şahidi olduğunu vurğulayıb: \"İkinci qurultaydan sonra biz bəzi soydaşlarımızla əməkdaşlığa başlamışdıq və inanıram ki, üçüncü qurultay da səmərəlilik baxımdan ikincidən geri qalmayacaq və mən inanıram ki, dünya azərbaycanlıları bu qurultaydan sonra tam şəkildə birləşəcəklər".

Daha sonra M.Məmmədov qurumun Özbəkistanda gördüyü işlər barəsində də məlumat verib. Prezident cənab İlham Əliyevin Özbəkistana səfərini xatırladan M.Məmmədov bunları deyib: "Cənab İlham Əliyev Özbəkistana səfəri zaman Ümummilli lider Heydər Əliyev adına mədəniyyət mərkəzinin açılışında iştirak etmiş, soydaşlarımızın problemləri ilə yaxından maraqlanmış, səfirlik və diasporlarımıza öz töhfəsini vermişdi. Qeyd edə bilərəm ki, Özbəkistanda yaşayan azərbaycanlılar bu gün rahat və maneəsiz öz televiziya kanallarımıza baxır. Orda bizim kitabxanamız, konfrans zalımız və milli çalğı alətlərindən ibarət ansamblımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə