Samir İmanov: “Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsinin çox böyük əhəmiyyəti var var”-AÇIQLAMA

Samir İmanov: “Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsinin çox böyük əhəmiyyəti var var”-AÇIQLAMA

"Dünya Azərbaycanlıların I Qurultayı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə 2001-ci ildə keçirilib. Heydər Əliyev bütün sahələrdə uzaqgörən bir siyasətçi olub. Onun diaspor sahəsində atdığı addım onun Azərbaycan xalqı üçün gördüyü işlərin bir hissəsidir". Bu barədə SİA-ya açıqlamasında Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov deyib. O bildirib ki, bu qurultayların keçirilməsinin çox böyük rolu var. S.İmanovun sözlərinə görə, qurultaylarda cəmiyyət rəhbərləri bir-birilə daha yaxından tanış olur, təcrübələrindən istifadə edirlər, daha təcrübəli diaspor rəhbərləri cavanlara, yeni başlayanlara, gənclərə müəyyən yollar göstərir, müəyyən məsləhətlər verir. 5 il bundan öncə daha istedadlı, təcrübəli diaspor rəhbərlərindən məsləhətlər aldığını deyən cəmiyyət sədri vurğulayıb ki, indi özü daha gənc təşkilatlara diaspor sahəsində uğurlu nəticələr əldə etmək üçün məsləhətlər verə bilər.

"Biz öyrənməkdən, soruşmaqdan çəkinməməliyik. Bilməliyik ki, təcrübəli insan bizlərə göstərməli, müəyyən şeyləri başa salmalıdır. Ən əsası isə Heydər Əliyev bu işləri, hərəkətləri hər zaman bizlərə tövsiyə edib, onun sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Mən çox sevinirəm ki, komitənin rəhbərliyi diplomatlardır və onlar vaxtilə Azərbaycanın rəsmi qurumlarında, səfirliklərində çalışan, diplomatiyanı peşəkarcasına bilən rəhbərlərdir. Əgər rəhbərliyə biznes adamı və ya həkim qoyulsaydı, onun bu sahəni öyrənməsinə uzun illər lazım olacaqdı. Ancaq rəhbərlikdə peşəkarlar olduğundan onlar dövlətlər arasındakı əlaqəni yüksək səviyyədə qururlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə