SİA-nın xəbərinə görə, dövlətimizin başçısı Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin bütün sahələrdə müzakirə edilməsi və əlaqələrimizin gələcək inkişafının müəyyənləşdirilməsi üçün yaxşı fürsət yaradacağını dedi. Qırğız Parlamentinin bu cür böyük heyətlə Dünya azərbaycanlılarının III qurultayında iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu tədbirin artıq ənənəvi xarakter daşıdığını və azərbaycanlıların dünyadakı diaspor təşkilatlarının mütəmadi olaraq beş ildən bir Bakıda toplantısının keçirilməsinin önəmini qeyd etdi. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişafından danışan dövlətimizin başçısı Qırğız rəhbərliyi ilə keçirdiyi görüşləri xatırlayaraq həmin görüşlər zamanı ikitərəfli və regional məsələlərlə bağlı müzakirələr aparıldığını dedi. Parlamentlərarası əməkdaşlığa toxunan Prezident İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətə başlamasından sonra bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və ölkələrimizin parlamentlərinin bu təşkilat çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekov ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi. Axmatbek Keldibekov 2008-ci ildə qırğız xalqının böyük yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Ölkəsində Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi xadim Heydər Əliyevin xatirəsinin həmişə yüksək hörmətlə yad edildiyini qeyd edən Axmatbek Keldibekov ulu öndər Heydər Əliyevin hələ Sovetlər birliyində yüksək dövlət vəzifəsində çalışdığı zaman milli respublikaların maraqlarını həmişə müdafiə etdiyini vurğuladı. O, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin Qırğız Respublikasına səfərinin və qırğız xalqının tarixi abidəsi olan "Manas"ın 1000 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirakının ölkəsində indiyə qədər böyük ehtiramla xatırlandığını dedi. Axmatbek Keldibekov ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin genişləndirilməsi baxımından böyük imkanların olduğunu vurğuladı.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



