Əflatun Amaşov: “Redaksiyalarda jurnalistlərin müqavilə olmadan işləməsi faktları var”

Əflatun Amaşov: “Redaksiyalarda jurnalistlərin müqavilə olmadan işləməsi faktları var”

Hazırda Mətbuat Şurası Azərbaycanda internet jurnalistikasının vəziyyəti, mövcud problemləri və onlardan çıxış yollarını özündə əks etdirən sənəd üzərində işləyir. SİA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə. Amaşov bildirib ki, dünyanın bir sıra ölkələrində, həmçinin, Rusiyada internet jurnalistikası dövlət tərəfindən dəstəklənir: "Azərbaycanda elektron medianın inkişafı üçün dövlət dəstəyi vacibdir".

Mətbuat Şurasının ancaq redaksiyalarla müqaviləsi olan jurnalistlərə press-kartlar verəcəyini deyən MŞ sədri bildirib ki, redaksiyalarla müqaviləsi olan jurnalistlərə press-kartların verilməsi həm jurnalistikaya dəxli olmayan adamların bu addan istifadəsinin qarşısını alacaq, həm də jurnalistlərin redaksiyalarda müqaviləsi olmayan əməkdaşların problemlərinin həlinə yardımçı olacaq: "Bəzi redaksiyalarda jurnalistlərin müqavilə olmadan işləməsi faktları var. Bunun qarşısını almaq üçün Mətbuat Şurası press-kartlar verilərkən bu məsələyə diqqət yetirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə