Ötən gecə Gürcüstanın qərbində Marelisi kəndində yanacaqla dolu vaqonlar relsdən çıxaraq aşıb. SİA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycandan gələn qatarların bir neçəsi qəzadan sonra yanmağa başlayıb. Nəticədə partlayış baş verib.
Baş verən hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın söndürülüb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Dəmiryolunun gedişində yaranan problem tamamilə aradan qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB