Rusiya jurnalisti Azərbaycanın “qara siyahı”sına düşüb

Rusiya jurnalisti Azərbaycanın “qara siyahı”sına düşüb

Rusiya jurnalisti Yuri Sneqirov Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "qara siyahısı"na salınıb. XİN mətbuat katibi Elxan Poluxov SİA-ya açqılamasında bildirib ki, buna səbəb Rusiya jurnalistinin rəsmi Bakının icazəsi olmadan işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsidir. "Bundan sonra Azərbaycan ərazisinə səfər etməsi mümkün olmayacaq"-deyə o, əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan XİN-i ermənilərin işğalı altında olan ərazilərə qeyri-qanuni səfər etdiyinə görə, "Exo Moskvı" radiostansiyasının baş redaktor müavini Sergey Buntmanın Azərbaycana səfərinə qadağa qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə