NATO da Kazan görüşünün nəticəsindən məyus oldu

NATO da Kazan görüşünün nəticəsindən məyus oldu

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində NATO-nun mövqeyi çox dəqiqdir. Münaqişə hərbi yolla həll edilə bilməz". SİA-nın xəbərinə bunu NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Armİnfo\" agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, güc tətbiqi bütün tərəflər üçün yalnız hərbi potensialın itirilməsi, eləcə də siyasi və iqtisadi iflasla başa çatacaq.

Prezidentlərin Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişin əldə edilməməsindən məyus olduğunu bildirən NATO rəsmisi vurğulayıb ki, görüş münaqişənin həllində vacib irəliləyişin əldə olunması üçün yaxşı imkan verirdi: "Çox təəssüf ki, bu, baş vermədi. İrəliyə yeganə yol diplomatik yoldur".

Bütün xəbərlər Facebook səhifəmizdə