Bu ilin oktyabr ayında Bakıda Rusiya və Azərbaycan politoloqların iştirakı ilə Qafqazda təhlükəsizlik problemlərinə həsr edilmiş konfrans keçiriləcək. SİA-nın məlumatına görə, bunu Rusiyanın "Vestnik Kafkaza" informasiya-təhlil saytının baş redaktoru Aleksey Vlasov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tədbirdə Qafqaz regionundakı münaqişələr, onların həlli yolları, böyük dövlətlərin vasitəçilik missiyası, transmilli enerji layihələri və digər mövzular müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB