Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib

Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constonu təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: ""Milli bayramınız - Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Kanada dövlətlərarası münasibətləri, dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.


Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com