Türkiyədə "2-ci Balyoz" adlı cinayət ittiham aktı çərçivəsində 8 yüksək rütbəli hərbçi barəsində həbs qərarı verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumatına görə, həbs olunan generallar bunlardır: Turqut Atman, Sinan Ertoğrul, Beyazıt Karakaş, Mehmet Eldem, Bülent Kocababuç, Nedim Karabuş, Erhan Pamuk və Mehmet Örgen.
Qeyd edək ki, "Balyoz" cinayət işi üzrə 28 nəfər təqsirləndirilir. Onlardan 15 nəfəri hazırda həbsdədir. Azadlıqdakı 13 nəfərdən 8-in tutulmasına isə dünən qərar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB