Fələstin prezidenti Mahmud Abbas Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Fələstin prezidenti Mahmud Abbas Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Fələstin prezidenti Mahmud Abbas iyunun 29-da Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. SİA-nın məlumatına görə, qonaq H. Əliyevin məzarı önünə əklil qoyub, Z. Əliyevanın məzarı üstünə isə güllər düzülüb.

Fələstin prezidenti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. O, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə