Elmar Məmmədyarov: \"Ermənistan tərəfi sülh prosesinin konsepsiyasına uyğun olmayan təkliflərlə çıxış edib\"
Kazan görüşünün təfərrüatları açıqlandı. Danışıqlarda iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ANS-ə eksklüziv müsahibəsində bəyan edib ki, Ermənistan tərəfi Kazan danışıqlarında sülh prosesinin konsepsiyasına uyğun olmayan təkliflərlə çıxış edib.
Elmar Məmmədyarov deyib ki, öncədən elan olunmuş bəyanatda "Yol xəritəsi" kimi burada da 6 prinsip açıqlanmışdı. E. Məmmədyarovun sözlərinə görə, bunlardan biri də bu idi ki, Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qaradağ ətrafındakı rayonlardan çıxarılmalıdır: "Artıq bu prinsip də dağılıb. Buna görə də bu müzakirələr bizim üçün çox önəmli və vacib idi. Biz bir tərəfdən düşünürdük ki, regiona stabillik və sülh gətirmək üçün bu danışıqları davam etdiririk. O biri tərəfdən Ermənistan var. Demək olmaz ki, Ermənistan buna nail olmaq istəmir. Digər tərəfdən İrəvan bu proseslərə öz baxışı ilə baxır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB